"Mançester Yunayted" yeni stadion tikmək planlarını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, arena 100 min azarkeş tutacaq.
"Qırmızı şeytanlar"ın baş icraçı direktoru Omar Berrada bu haqda klubun saytına danışıb.
“Klub olaraq uzunmüddətli məqsədimiz dünyanın ən yaxşı futbol komandasının dünyanın ən yaxşı stadionunda oynamasıdır. Biz əsaslandırma ilə bağlı Old Trafford Regenerasiya İşçi Qrupunun gördüyü işə görə minnətdarıq. Biz onun,eləcə də minlərlə azarkeşin və yerli sakinlərin fikirlərini diqqətlə nəzərdən keçirdik və belə nəticəyə gəldik ki, yeni stadion tikmək ən doğru yoldur”.
Klub hesab edir ki, yeni stadionun tikintisi və onu müşayiət edən "Old Trafford" ərazisinin bərpası proqramı Böyük Britaniya iqtisadiyyatına ildə əlavə 7,3 milyard funt sterlinq gətirə bilər.