AZ

Avropa parlamentinin qərarı bizim üçün heç bir əhəmiyyət daşımır- Elşad Həsənov- ÖZƏL

12 martda Avropa Parlamentinin plenar iclasında Bakıda saxlanılan erməni əsirlərinin vəziyyəti müzakirə ediləcək. Müzakirələr çərçivəsində Azərbaycan tərəfindən saxlanılan 23 erməni hərbi əsir, eləcə də Qarabağın keçmiş siyasi rəhbərlərinə qarşı irəli sürülən ittihamlar gündəmdə olacaq. 13 martda isə bu məsələyə dair təcili qətnamə səsverməyə çıxarılacaq. Xüsusilə, Ruben Vardanyanın işi ayrıca icraata götürülüb və məhkəmə prosesi davam edir. Ermənistan bu proseslərə dair narahatlığını ifadə edib.

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki,  qəbul edilən qətnamə Azərbaycan üçün boş bir kağız parçası olacaq:
"Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra, öz ərazisindən qeyri-qanuni silahlı dəstələri çıxardıqdan sonra  onlara rəhbərlik edən və Azərbaycanlıların qanının tökülməsində birbaşa iştirak edən erməniləri ərazisindən çıxardıb və həbs edib. Onlar bugün məhkəmə qarşısında cavab verirlər. Həmin 23 erməni  adi əsirlər deyil. Azərbaycana qarşı cinayət törətmiş vəzifəli şəxslərdir. Bugün məhkəmədə onlar açıq etiraf edirlər ki, nələr ediblər. Məhkəmə prosesi davam etdiyi halda Avropa İttifaqı təbii ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları  aparır. 12 martda parlament qarşısında bu vəziyyət müzakirə ediləcək, qətnamə çıxardacaqlar ki, bu əsirlər təcili azad edilsin. Biz bunu  Avropa parlamentindən dəfələrlə görmüşük ki, onlar Azərbaycana qarşı kin və küdurət dolu bəyanatlarla çıxış edib. Azərbaycan deputatları həmin parlamentdə ildən çoxdur ki, iştirak etmirlər. Biz Avropanın istəyi ilə yaşamır, onların dediklərinə əsasən siyasət qurmuruq. Çünki onların dedikləri həm insanlığa, həm sülhə, həm dövlətçiliyə ziyanlı məsələlərdir. Belə halda təbii ki, Avropa parlamentinin qərarı bizim üçün heç bir əhəmiyyət daşımır. Bizim üçün ən əsası odur ki,  düşmənlər məğlub oldu, bizə qarşı döyüşən separatçı qüvvələrin başçıları məhkəmə qarşısında cavab verir.  Azərbaycanın daxili işlərinə müdaxilə etməsi,  gərginlik yaratması , Azərbaycan və Ermənistan  arasında gərginliyi artırmaq əbəsdir. Hesab edirəm ki, onların qəbul etdikləri qətnamə Azərbaycan üçün boş bir kağız parçası olacaq. Azərbaycanda buna heç bir reaksiya verməyəcək . Hətta onlar istəyir ki, Amerika bu məsələyə qarışsın, Trampı da bu məsələyə tərk etsinlər ki, bəs milyarder Ruben Vardanyan Azərbaycanda əsirdir. Trampda biznesmen insandır və gələcəkdə deyə bilər ki Azərbaycan bu əsirləri buraxsın. Hesab edirəm ki,  Azərbaycanlıların qanını tökən cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verib və layiqli cəzalarını  alacaqlar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr