AZ

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd QoşunlarıKomandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindəsərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İrandanAzərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmasımüşahidə edilib.

DSX-dən Trend-əbildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirlərinəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qramnarkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkəərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikasıvətəndaşları - 1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Seçilən
17
31
az.trend.az

10Mənbələr