AZ

Qvardiola bu futbolçunu istəyir

"Mançester Siti" "Kristal Pelas"ın gənc ulduzunu transfer etməyi düşünür.

"Operativ Məlumat Mərkəzi-OMM" "TBR Football"a istinadən xəbər verir ki, Pep Qvardiola klubun skautlarına 21 yaşlı Adam Uortonu izləməyi tapşırıb.

“Qartallar”ın müdafiəyəmeyilli yarımmüdafiəçisi cari mövsümdəki çıxışı ilə ispan məşqçini heyran edib.

"Arsenal", "Çelsi", "Liverpul" və "Aston Villa" da futbolçunu yaxından izləyir.

"Kristal Pelas" oyunçunu komandada saxlamaq üçün Uortona yeni uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir.

Adam bu mövsüm "qartallar"ın heyətində bütün yarışlarda 17 oyun keçirib və bir məhsuldar ötürmə edib.

"Transfermarkt" saytının məlumatına görə, onun dəyəri 32 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
24
30
operativmm.az

10Mənbələr