"Status Group Co" MMC və "Status Supply and Trade” MMC-nin nizamnamə kapitalı azaldılıb.
Valyuta.az xəbər verir ki, hər iki MMC-nin nizamnamə kapitalı 20 manat məbləğindən 10 manat məbləğinədək azaldılıb.
Qeyd edək ki, "Status Group Co" MMC-nin qanuni təmsilçisi Məmmədov Davud Vaqif oğludur. Şirkət 2022-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb. "Status Supply and Trade” MMC-nin qanuni təmsilçisi isə Ağayev Bəşir Nəmrud oğludur. Şirkət 2023-cü ilin avqust ayında dövlət qeydiyyatına alınıb.
Sərvanə Rəmixanova