AZ

Aİ-dən kənarda sığınacaq yaradılması ideyası müzakirə olunur

Avropa Komissiyası Aİ hüdudlarından kənarda rədd edilmiş sığınacaq axtaranlar üçün deportasiya mərkəzlərinin yaradılmasını nəzərdən keçirməyi planlaşdırır.

Yenisabah.az “De Telegraaf”a istinadlıa xəbər verir ki, Aİ-nin mövcud qanunvericiliyi deportasiya mərkəzlərinin icmadan kənarda yerləşdirilməsinə icazə vermir. Bununla belə, Brüssel bu təklifi çərşənbə axşamı təqdim olunacaq sığınacaq axtaranların geri qaytarılması ilə bağlı Aİ siyasətinə daxil edib.

Niderland artıq bir müddətdir ki, bu ideyanın tərəfdarı olub, geri qayıdan miqrantlar problemini həll etməyə çalışır.

Aİ hüdudlarından kənarda mərkəzlərin qurulmasının məqsədi sığınacaq müraciətləri rədd edilən insanların deportasiyanı gözləyə bilməsi üçün mənşə ölkələrinə daha yaxın qalmalarına icazə verməkdir.

Uqandada oxşar mərkəzin açılması ideyası bir müddətdir ki, Niderlandda müzakirə olunur. Xarici ticarət və inkişaf naziri Reinette Kleverin hətta bu məsələni müzakirə etmək üçün Uqandaya da gedib. Lakin hələlik konkret qərarlar verilməyib.


Telegram kanalımız
Seçilən
22
yenisabah.az

1Mənbələr