AZ

"Windows 10"dan 11-ə keçərkən niyə təmiz quraşdırma etməlisiniz?

"Microsoft" ağıllı tətbiq nəzarəti ilə cihazlarınızı təhlükəsiz saxlamağı vəd edir. Lakin bu xüsusiyyət yalnız təmiz quraşdırma tələb olunur.

HİT.az xəbər verir ki, "Microsoft" istifadəçiləri "Windows 10"dan "Windows 11"ə keçməyə təşviq etmək üçün müxtəlif üsullar sınaqdan keçirir və bu məsələdə israrlıdır. "Statcounter"in son hesabatına görə, "Windows 11" dünyada 38% istifadə payına çatsa da, 60%-ə yaxın istifadə payı olan "Windows 10"un gerisində qalmağa davam edir.

Keçidi sürətləndirmək üçün "Microsoft" müxtəlif strategiyalar tətbiq edir. 2024-cü ilin fevralında yayımlanan reklam kampaniyasında "Windows 11"in üstünlükləri vurğulanıb. İyunda isə şirkət yeni əməliyyat sistemi ilə bağlı geniş yayılmış "mifləri" və yanlış anlaşılmaları aradan qaldırmağa yönəlmiş məzmunlar paylaşıb. Eyni zamanda, performansla bağlı iddialı açıqlamalar verib.

"Microsoft"un ən güclü arqumentlərindən biri təhlükəsizlik olub. Şirkət "Windows 10" istifadəçilərinə yönəlmiş dəstək məqaləsində arzuolunmaz proqramlardan (PUA) qorunma üsullarını sadalayıb. Daha sonra isə bu məqalə yenilənərək "Windows 11"dəki Ağıllı Tətbiq Nəzarəti xüsusiyyətinə diqqət çəkilib.

Bu xüsusiyyət, cihazları potensial təhlükəli proqramlardan qorumaq üçün bulud əsaslı təhlükəsizlik sistemi tətbiq edir. İmzalanmamış və etibarlı olmayan proqramları bloklayan bu sistem əvvəlcə bəzi çətinliklərlə qarşılaşsa da, zamanla təkmilləşdirilib.

Lakin bu xüsusiyyət yalnız təmiz quraşdırma zamanı aktiv olur və "Windows 10"dan birbaşa "Windows 11"ə yüksəldildikdə işləmir. Bu, istifadəçilər üçün əhəmiyyətli bir məhdudiyyət kimi görünür. Buna görə də "Microsoft" "Windows 11"ə keçənlərə təmiz quraşdırma etməyi tövsiyə edir.

Samir
 

Seçilən
22
hit.az

1Mənbələr