AZ

Filippinin keçmiş prezidenti həbs edildi

Filippinin keçmiş prezidenti Rodriqo Duterte həbs edilib.

Gundem.az  “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, 79 yaşlı Duterte Honqkonqdan qayıdarkən Manila hava limanında saxlanılıb. 

Beynəlxalq Cinayət Məhkəməsi onu insanlıq əleyhinə cinayətlərdə ittiham edərək həbsinə order vermişdi.

Hüquq müdafiəçilərinin iddiasına əsasən, Duterte tərəfindən narkotik ticarətinə qarşı elan edilən mübarizə çərçivəsində on minlərlə filippinli edam edilib.

Keçmiş prezidentin vəkili Salvador Panelo isə Dutertenin saxlanılmasını qanunsuz adlandırıb və bildirib ki, Filippin 2019-cu ildə Beynəlxalq Cinayət Məhkəməsindən çıxıb. 

Xatırladaq ki, Duterte 2016-2022-ci illərdə Filippinin dövlət başçısı olub.

Seçilən
67
20
gundem.az

10Mənbələr