Bakı. Trend:
Aprelin 13-də Yaponiyanın Osaka şəhərində “Həyatımız üçüngələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Societyfor Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünyasərgisi açılacaq. 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirakedən Azərbaycan bu il də milli pavilyonla təmsil olunur.
Trend xəbərverir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılanmilli pavilyon “Ekspo 2025”in “Həyatları əlaqələndirmək”(Connecting Lives) bölməsində yerləşməklə “Dayanıqlıinkişafa doğru yeddi körpü” (Seven bridges forsustainability) mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiriNizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb. BuradaAzərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlıinkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunur.Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu vədayanıqlı gələcəyə nail olmaq mümkündür.
Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycanənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkəmotivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinənəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlifistiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət,memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman vəturizm sahələri ilə tanışlıqla başlayırlar.
Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yeralacaq. Bunlar “Azərbaycan ağacı”, “Yapon ağacı”, Azərbaycan vəyapon ağaclarının sintezi olan “Dostluq ağacı”dır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın “Ekspo 2025” üzrə başkomissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov,“Ekspo 2025”in baş katibi Hiroyuki İşige və “Ekspo 2025”in başkomissarı Koji Haneda ölkəmizin dünya sərgisində iştirakı ilə bağlımüqavilə imzalayıblar. Yaponiya ilə əlaqələrə və dünya Eksposərgilərində iştiraka əhəmiyyət verən Azərbaycan “Osaka, KansaiEkspo 2025”də iştirakçı müqaviləsini imzalayan ilk ölkə olub.
155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025”də ümumilikdə165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunacaq. “Ekspo 2025”Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş Dayanıqlıİnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platforma kimi dədəyərləndirilir. Dünya sərgisinin davam etdiyi 184 gün ərzindəEkspoya 28 milyon ziyarətçinin gəlişi gözlənilir. “Ekspo 2025”inmaskotu isə sudan əmələ gələn qeyri-adi varlıqdır. O, həm dədavamlı həyatın ritmini əks etdirir.
Milyonlarla insan oktyabrın 13-dək sərginin keçirildiyi məkandaeksponatlarla tanışlıqla yanaşı, birgə səylərlə gələcəkcəmiyyətimizi qurmaq imkanlarını da araşdırmış olacaq. Bura həm dəbilik və qabaqcıl texnologiyaların qlobal problemlərin həlli üzrəbirləşərək yeni ideyaların yaradılması və mübadiləsi məkanınaçevriləcək.