AZ

Vensan Kompani: “Hədəf “Bayer”i yenidən məğlub etməkdir”

“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının 1/8 finalının səfərdə “Bayer”lə cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bayern” kimi komandanın çalışdırıcısı ikən, zehniyyət baxımından bu, xeyli asandır. Burada həmişə qələbə qazanmaq istəyirsən. Biz, bizi növbəti mərhələyə çıxaracaq nəticəyə nail olmaq istəyirik.

İlk oyunun nəticəsinə rəğmən, bizim tapşırığımız – qalib gəlməkdir.

“Bayer”lə oyunda bizə bütünlüklə can qoymaq və nəyə qadir olduğumuzu göstərmək gərəkdir. Təkbətək mübarizələri qazanmaq və fürsətləri gerçəkləşdirmək vacibdir. Biz oyuna böyük təsir gücünə malikik”, deyə Vensan Kompani vurğulayıb.

“Bayer” – “Bayern” oyunu bu gün, martın 11-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 Mart) başladacaq.

Xatırladaq ki, evdə keçirdiyi ilk oyunda “Bayern” “Bayer” üzərində 3:0 hesablı qələbə qazanıb.

Seçilən
10
arena.az

1Mənbələr