AZ

Türkiyədə kvant kompüter mühəndisliyi sahəsi üzrə doktorantura təhsili üçün təqaüd imkanı

Bakı, 11 mart, AZƏRTAC

Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universiteti (TOBB ETU) Azərbaycan vətəndaşları üçün kvant kompüter mühəndisliyi sahəsi üzrə 2025-2026-cı tədris ilində doktorantura üzrə təqaüd proqramına qəbul elan edir.

Proqramda iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri aprelin 1-dək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ([email protected]) təqdim etməlidirlər.

Təqaüd proqramı ilə bağlı əlavə məlumatı link vasitəsilə əldə etmək olar.

Seçilən
21
1
azertag.az

3Mənbələr