AZ

Fərdi Avropa çempionatında iştirak edəcək Azərbaycan şahmatçıları müəyyənləşib

Bakı, 11 mart, AZƏRTAC

Kişi şahmatçılar arasında fərdi Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri məlum olub.

AZƏRTAC Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi turnirdə 13 şahmatçı təmsil edəcək.

Bunlar Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riyad Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Sahib Vəliyev və Ümid Aslanovdur.

Qeyd edək ki, fərdi Avropa çempionatı martın 15-dən 26-dək Rumıniyanın Eforie şəhərində təşkil olunacaq.

Seçilən
29
2
azertag.az

3Mənbələr