1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Abşeron rayonu, Masazır kəndinin əsas küçələrində içməli suyun lazımsız yerə axıb getməsi sakinlərin narazılığına səbəb olub.
Bununla bağlı Oxu.Az-a şikayət edən Masazır sakini bildirib ki, kəndin Əliağa Vahid və şəhid Turqut Xəlilbəyli küçələrinin kəsişməsində dörd aydır ki, yerdən qaynayan içməli su küçəyə axır.

"Dəfələrlə aidiyyəti quruma müraciət etmişik, gəlib baxıblar. Bildiriblər ki, yerin altından çox mühüm su borusu keçir və sızıntı da həmin içməli suyun axıntısıdır. Deyirlər, biz buranı qaza bilmərik, çünki bunun üçün yol idarəsindən və digər qurumlardan icazə almalıyıq. Dörd aydır nə icazə alan var, nə də bir çarə qılan. Əvvəl az axırdı, indi isə az qala bulaq kimi qaynayır", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna verilən cavab konkret və ümidverici oldu:
"Qeyd olunan məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsi məlumatlıdır. Axıntının mənbəyinin aşkarlanması və qarşısının alınması üçün araşdırmalar aparılır", - deyə qurumun verdiyi məlumatda vurğulanıb.
Əzizə İsmayılova