AZ

Polşada böyrək satışı ilə məşğul olan ukraynalı qadın həbs edildi – Azərbaycan vətəndaşı da zərər çəkib

Qazaxıstanda insan orqanlarının alqı-satqısı ilə məşğul olan cinayətkar qruplaşmada iştirak etdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilən ukraynalı qadın Polşada saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters yazıb.

Mənbə qeyd edir ki, 35 yaşlı Kseniya P. Ukrayna ilə dəmiryol keçidində Polşa sərhədçiləri tərəfindən ələ keçirilib.

O, 2020-ci ildən İnterpolun beynəlxalq axtarışındadır və indi Qazaxıstana ekstradisiya olunacaq.

İstintaqın məlumatına görə, cinayətkar qrup 56 böyrəyin satışı ilə məşğul olub və onun qurbanları Azərbaycan, Qazaxıstan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan şəxslər olub.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
27
konkret.az

1Mənbələr