Ermənistan artıq qarşıdurmanın yeni raunduna hazırlığını belə gizlətmir – məsələn, ötən həftə hökumətin iclasında elan olunub ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyat təlimi keçiriləcək. Nəzərə alın ki, təlim-məşq toplanışı standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyən rekord on həftə davam edəcək. İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır.
Ölkə.Az xəbər verir ki, Caliber.Az mötəbər mənbələrinə istinadən məlumat yayıb.
"Yığılmış faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini realdan daha çox edir", - deyə bildirilib