AZ

Herpes virusunun beyinə təsiri: ARAŞDIRMA

ABŞ alimləri aşkar ediblər ki, herpes simplex virusu tip 1 (HSV-1) ciddi nevroloji fəsadlara səbəb ola bilər.

QHT.az xəbər verir ki, araşdırmaya görə virus burun vasitəsilə beyinə keçərək iltihab və neyron zədələnməsinə yol açır. Heyvanlar üzərində aparılan təcrübələrdə yoluxmuş fərdlərdə hərəkət pozğunluğu, yaddaş itkisi və artan narahatlıq müşahidə olunub.

Alimlər heparanaza fermentinin bu prosesdə əsas rol oynadığını müəyyən ediblər. HSV-1 dünya əhalisinin üçdə ikisində mövcuddur və bədəndə ömürlük qalır. Tədqiqatçılar beynə təsir mexanizmlərini daha dərindən araşdıraraq yeni müalicə üsulları inkişaf etdirməyi planlaşdırırlar.

 

R.İmanov

Seçilən
29
qht.az

1Mənbələr