AZ

ABŞ Məxfi Xidmətinin rəhbəri postuna sürpriz ad

ABŞ prezidenti Donald Trampın qərarı ilə Ağ Evdə Birləşmiş Ştatların Məxfi Xidmətinin yeni direktorunun andiçmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, bu vəzifəni sui-qəsd cəhdində Trampın köməyinə gələn ABŞ Məxfi Xidmətinin Mühafizə Qrupunun rəhbəri Şon Kurran icra edəcək.

Tramp mərasimdəki çıxışında Kurranın böyük işlər görəcəyini bildirib:

"O, ən mürəkkəb hadisələri belə təhlükəsizlik planları ilə idarə etməyə qadir olduğunu sübut etdi. Həmçinin Pensilvaniyadakı bir sui-qəsdçinin gülləsindən məni xilas etmək üçün həyatını riskə ataraq cəsarətini sübut etdi. Mən onun Məxfi Xidmətihəmişə olduğundan daha güclü edə biləcəyinə tam etibar edirəm”.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Butler şəhərində mitinqdə tərəfdarları qarşısında çıxış edən Trampa silahla hücum edilib. Hadisə nəticəsində o, yüngül yaralanaraq qulağından xəsarət alıb. Atəş açan şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Seçilən
16
publika.az

1Mənbələr