AZ

Bu gün itkin şəhidimizin doğum günüdür

Bu gün şəhid Zeynalov Azad Ağaverdi oğlunun doğum günüdür. Metbuat.az xəbər verir ki, o, 11 mart 1967-ci ildə Neftçala rayonunun Dördlər kəndində anadan olub. Azad Zeynalov 1974-cü ildə Astanlı kənd orta məktəbinə daxil olub və 1984-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub. 1985-1987-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçib və tank sürücü-mexanik ixtisasına yiyələnib.Hərbi xidmətdən sonra təhsilini davam etdirərək mühəndis peşəsinə yiyələnən Azad Zeynalov əmək fəaliyyətinə Bakıdakı Neftayırma Zavodunda mühəndis-texnik kimi başlayıb. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqa müraciətindən sonra o, işlədiyi zavoddan könüllü olaraq cəbhəyə yollanıb.Şəhidimiz Gəncə batalyonunun “Bakılı oğlanlar” komandası tərkibində döyüşlərdə iştirak edib. 1994-cü ilin fevral ayının 2-dən 3-nə keçən gecə Ağdərə istiqamətində gedən döyüşdə yaralı döyüş yoldaşını xilas edərkən özü də yaralanıb və döyüş bölgəsində itkin düşüb. O gündən etibarən ondan heç bir xəbər alınmayıb.1997-ci ildə Azad Zeynalova rəsmi olaraq şəhid statusu verilib.Allah şəhidlərimizə rəhmət eləsin!

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
9
metbuat.az

1Mənbələr