Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yaraqlılar sərnişin qatarını atəşə tutub.
News24.az AFP-yə istinadən xəbər verir ki, 450 nəfər girov götürülüb.
Hücuma görə məsuliyyəti üzərinə götürən Bəluc Azadlıq Ordusu (BLA) təhlükəsizlik qüvvələri də daxil olmaqla, qatardan girov götürdüklərini açıqlayıb.
Hadisədən sonra təhlükəsizlik qüvvələri Bəlucistanın Bolan bölgəsindəki Müşqaf bölgəsinə gedib.
Hökumət sözçüsü Şahid Rind bəyan edib ki, Bəlucistan hökuməti fövqəladə tədbirlər görüb və bütün müvafiq qurumlar vəziyyətə nəzarət etmək üçün səfərbər olunub.
Günel Məlikzadə