AZ

Azərbaycanda eyni ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir

"Status Group Co" MMC və "Status Supply and Trade” MMC-nin nizamnamə kapitalı 2 dəfə azaldılır. 

FED.az xəbər verir ki, hər iki MMC-nin nizamnamə kapitalı 20 manat məbləğindən 10 manat məbləğinədək azaldıldığını elan edir.

Qeyd edək ki, "Status Group Co" MMC 2022-ci ilin iyulun 7-də dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Məmmədov Davud Vaqif oğludur. 

"Status Supply and Trade” 2023-cü ilin avqust 30-da dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə Ağayev Bəşir Nəmrud oğludur. 

Hər iki şirkətin hüquqi ünvanı AZ1134, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, MİR CƏLAL 9A MKR, ev 121A, m. 26 ünvanıdır.

Seçilən
15
fed.az

1Mənbələr