AZ

Sazişlərin Rəqabət Məcəlləsində qeyd olunan şərtlərə cavab verməsinə dair meyarlar təsdiqlənib

Bakı. Trend:

Sazişlərin Azərbaycan Respublikası Rəqabət Məcəlləsində qeydolunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanıntransferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərinistisna edilməsinə dair meyarlar təsdiqlənib.

Trend xəbərverir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.

Sənədə əsasən, istehlakçılara verdiyi fayda rəqabətinməhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər vəuyğunlaşdırılmış hərəkətlər aşağıdakı meyarlardan ən azı üçünəcavab verdikdə Məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğunolaraq istisna edilir:

saziş nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi vəsazişin olmadığı vəziyyətlə müqayisədə ən azı 1 (bir) il ərzindəmüvafiq bazarda məhsul istehsalının 30 faiz artması;

saziş nəticəsində sazişin bağlanıldığı müvafiq bazara aidolmayan yeni bir məhsulun istehsalının mümkün olması;

saziş nəticəsində müvafiq bazarda məhsul başına düşən xərclərin3-6 ay ərzində 15 faiz və daha çox azalması;

saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində ən azı 1(bir) il ərzində investisiyaların əvvəlki il ilə müqayisədə 20 faizartması;

saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində əhəmiyyətlinouhaunun yaranması;

texniki imkanların məhdud olması səbəbi ilə bir təsərrüfatsubyektinin yalnız saziş iştirakçısı olmaqla müvafiq bazardafəaliyyət göstərməsinin, məhsul istehsalı və ya istifadəsini həyatakeçirməsinin mümkün olması;

müvafiq bazarın məhsul sərhədində fəaliyyət göstərməklə əlaqədarolaraq dövlət təhlükəsizliyi, istehlakçıların sağlamlığınınqorunması, ictimai asayiş və sosial öhdəliklərin prioritet olmasınəticəsində məhsulun saziş olmadan istehsalının və ya istifadəsininhəmin prioritetlərə zərər vurma ehtimalının olması;

məhsulun istehsalı və ya istifadəsi ilə əlaqədar olaraq xüsusikeyfiyyət və lisenziya meyarlarının müəyyən edilməsi nəticəsindəonun saziş olmadan istehsalının və ya istifadəsinin qeyri-effektivnəticələrə səbəb olması.

Məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğun olaraqtexnologiyanın transferti ilə əlaqəli olan sazişlər aşağıdakımeyarların hamısına birlikdə cavab verdikdə istisna edilir:

texnologiyanın transferti sazişi iştirakçılarının birgə bazarpayı otuz faizdən artıq olmamalıdır;

texnologiyanın transferti sazişi texnologiyanı transfert edən vətexnologiyanı qəbul edən olmaqla yalnız iki təsərrüfat subyektiarasında bağlanılmalı, habelə sazişin məqsədi texnologiyanınistehsalı və ya istifadəsi ilə əlaqəli olmalıdır;

texnologiyanın transferti sazişi texnologiyanı transfert edəntəsərrüfat subyektinin məhsul üzrə xərclərini saziş bağlanılmadığıvəziyyətlə müqayisədə azı on faiz azaltma potensialına sahibolmalıdır;

texnologiyanın transferti sazişi üzrə qəbul ediləntexnologiyanın istifadəsi müvafiq bazarın məhsul sərhədlərindətexnologiyanı qəbul edənin tədqiqat və inkişaf xərclərini azı əllifaiz azaltmalı, tədqiqat və inkişaf ilə əlaqəli işlərintəkrarlanmasının qarşısını almalıdır;

texnologiyanın transferti sazişi texnologiyanı qəbul edəntəsərrüfat subyektinin qiymət və qeyri-qiymət rəqabət potensialınırəqibləri ilə müqayisədə müvafiq bazarın məhsul sərhədlərindəartırmalıdır;

texnologiyanın transferti sazişi onun predmeti ilə əlaqəliolmayan məhsul istehsalı və ya istifadəsi ilə bağlı rəqabətiməhdudlaşdıran şərtləri ehtiva etməməlidir;

transfert edilən texnologiya müvafiq bazarın məhsulsərhədlərində asanlıqla əldə edilə bilən xarakterə malikolmamalıdır;

texnologiyanın transferti sazişi bağlanıldıqdan sonra transfertedilən texnologiya müvafiq bazarın məhsul sərhədlərində qiymət vəqeyri-qiymət rəqabəti aparmaq üçün xüsusi əhəmiyyətə və sənayedəpraktiki cəhətdən istifadə edilə bilən innovativ xarakterə malikolmalıdır;

texnologiyanın transferti sazişi onun iştirakçısı olantəsərrüfat subyektlərinin texnoloji yenilikləri və nou-haunu tətbiqetmək, o cümlədən bazarın tədqiqat və inkişaf araşdırmalarınıaparmaq hüququnu məhdudlaşdıran şərtləri ehtiva etməməlidir.

Aşağıdakı hallarda müvafiq bazarın məhsul sərhədlərində rəqib vəya potensial rəqib olan təsərrüfat subyektlərinin bağladıqlarıtexnologiyanın transferti sazişlərinə Məcəllənin 13.1-ci maddəsitətbiq edilmir:

saziş iştirakçısı olan təsərrüfat subyektlərindən ən azı birininməhsulun satış qiymətini sərbəst (azad) müəyyən etmək hüququməhdudlaşdırıldıqda;

saziş predmeti ilə əlaqəli olan məhsulların istehsal, istifadəvə ya satış miqdarı məhdudlaşdırıldıqda;

aşağıdakı hallar istisna olmaqla, saziş müddətində və ya sazişmüddəti bitdikdən sonra müvafiq bazar, habelə müştərilər,satıcılar, ərazilər, xammal mənbələri, yaxud məhsulun konkretnövlərinin istehsalı (satışı) saziş iştirakçıları arasındabölüşdürüldükdə:

transfert edilən texnologiyanın müəyyən bir ərazidə sazişiştirakçısı olmayan təsərrüfat subyektlərinə açıqlanmamasıöhdəliyinin qoyulması;

texnologiyanı transfert edən tərəfindən onun özünə və ya digərsaziş üzrə texnologiyanı qəbul edənə eksklüziv olaraq ayrılan ərazivə ya müştəri qrupuna texnologiyanı qəbul edən tərəfindən aktiv vəya passiv satışın məhdudlaşdırılması;

texnologiyanı transfert edən tərəfindən selektiv təchizatsisteminin mövcud olduğu ərazidə həmin sistemin iştirakçısı olmayantəsərrüfat subyektlərinə aktiv və ya passiv satışınməhdudlaşdırılması.

Aşağıdakı hallarda müvafiq bazarın məhsul sərhədlərində rəqib vəya potensial rəqib olmayan təsərrüfat subyektlərinin bağladıqlarıtexnologiyanın transferti sazişlərinə Məcəllənin 13.1-ci maddəsitətbiq edilmir:

saziş iştirakçısı olan təsərrüfat subyektlərindən ən azı birininməhsulun satış qiymətini sərbəst (azad) müəyyən etmək hüququməhdudlaşdırıldıqda;

saziş predmeti ilə əlaqəli olan məhsulların istehsal, istifadəvə ya satış miqdarı məhdudlaşdırıldıqda;

aşağıdakı hallar istisna olmaqla, saziş müddətində və ya sazişmüddəti bitdikdən sonra texnologiyanı qəbul edənin saziş predmetiolan məhsulların aktiv və ya passiv satışı məhdudlaşdırıldıqda:

texnologiyanı transfert edən tərəfindən onun özünə və ya digərsaziş üzrə texnologiyanı qəbul edənə eksklüziv olaraq ayrılan ərazivə ya müştəri qrupuna texnologiyanı qəbul edən tərəfindən aktiv vəya passiv satışın iki il müddətində məhdudlaşdırılması;

texnologiyanı transfert edən tərəfindən selektiv təchizatsisteminin mövcud olduğu ərazidə həmin sistemin iştirakçısı olmayantəsərrüfat subyektlərinə aktiv və ya passiv satışın iki ilmüddətində məhdudlaşdırılması;

topdansatış səviyyəsində fəaliyyət göstərən texnologiyanı qəbuledənin son istehlakçılara aktiv və ya passiv satışınınməhdudlaşdırılması;

selektiv təchizat sisteminin iştirakçısı olan texnologiyanıqəbul edən tərəfindən həmin sistemin mövcud olduğu ərazidə selektivtəchizat sisteminin iştirakçısı olmayan alıcıya satışınməhdudlaşdırılması.

Məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğun olaraq bazarıntədqiqi və inkişafı ilə əlaqəli sazişlər aşağıdakı meyarlarınhamısına birlikdə cavab verdikdə istisna edilir:

saziş iştirakçılarının birgə bazar payı otuz faizdən artıqolmamalıdır;

bazarın tədqiqi və inkişafı sazişlərinin məqsədi saziş predmetiilə əlaqəli olan məhsulun istehsalı, istifadəsi və yatexnologiyanın tədqiqi və inkişaf etdirilməsi ilə birbaşa əlaqəliolmalı və nəticələrdən ortaq fayda əldə etməyi ehtivaetməlidir;

bazarın tədqiqi və inkişafı sazişlərində nəzərdə tutulan bazarıntədqiqi və inkişafı layihəsi müvafiq bazarın məhsul sərhədlərindəqiymət və qeyri-qiymət rəqabəti aparmaq üçün xüsusi əhəmiyyətə vəsənayedə praktiki cəhətdən istifadə edilə bilən innovativ xarakterəmalik olmalıdır;

bazarın tədqiqi və inkişafı sazişlərində əldə ediləcək məhsul,texnologiya və nou-haunun istehlakçılara verəcəyi potensial faydahaqqında məlumatlar nəzərdə tutulmalıdır;

bazarın tədqiqi və inkişafı sazişləri onun predmeti olmayanməhsul istehsalı və ya istifadəsi ilə əlaqəli rəqabətiməhdudlaşdıran xüsusi şərtləri ehtiva etməməlidir;

bazarın tədqiqi və inkişafı sazişləri onun iştirakçısı olantəsərrüfat subyektlərinin saziş predmeti olmayan məhsul və yatexnologiya üzrə texnoloji yenilikləri və nou-haunu tətbiq etmək, ocümlədən bazarın tədqiqat və inkişaf araşdırmalarını aparmaqhüququnu məhdudlaşdıran şərtləri ehtiva etməməlidir;

bazarın tədqiqi və inkişafı sazişlərində planlaşdırılan tədqiqatvə inkişaf layihələri saziş iştirakçılarının təsərrüfatfəaliyyətləri ilə birbaşa əlaqəli olmalıdır.

Aşağıdakı hallarda təsərrüfat subyektlərinin bağladıqlarıbazarın tədqiqi və inkişafı ilə əlaqədar sazişlərə Məcəllənin13.1-ci maddəsi tətbiq edilmir:

tərəflərdən hər-hansı birinin sazişin predmetindən başqa digərsahələrdə müstəqil tədqiqat və inkişaf fəaliyyətləri aparmaq hüququməhdudlaşdırıldıqda;

saziş predmeti olmayan məhsulların satış qiyməti, təklif həcmivə marketinq strategiyaları saziş iştirakçıları tərəfindən birlikdətəyin edildikdə;

tərəflərdən biri və ya bir neçəsinin sazişin bağlanılmasına əsasolan sahə, məhsul və texnologiya ilə əlaqəli sazişin müddətibitdikdən sonra müstəqil və ya digər təsərrüfat subyektləri iləbirlikdə bazarın tədqiqi və inkişafı layihələrinin aparılmasıhüququ məhdudlaşdırıldıqda;

aşağıdakı hallar istisna olmaqla bazarın tədqiqi və inkişafınaəsas olan məhsul istehsal edildikdən sonra müvafiq bazar, habeləmüştərilər, satıcılar, ərazilər, xammal mənbələri, yaxud məhsulunkonkret növlərinin istehsalı (satışı) sazişin tərəfləri arasındabölüşdürüldükdə:

saziş iştirakçılarına və ya saziş iştirakçısı olmayan təsərrüfatsubyektlərinə eksklüziv olaraq ayrılan ərazi və ya müştəri qrupunasaziş predmeti olan məhsul üzrə aktiv və ya passiv satışın sazişmüddətində məhdudlaşdırılması;

selektiv təchizat sisteminin iştirakçısı olmayan təsərrüfatsubyektlərinə saziş predmeti olan məhsul üzrə aktiv və ya passivsatışın saziş müddətində məhdudlaşdırılması;

aşağıdakılar istisna olmaqla saziş predmeti ilə əlaqəli məhsulunistismarı və ya satışı məhdudlaşdırıldıqda:

nəticələrin birgə istifadəsinin saziş üzrə məhsulların birgəistehsalını əhatə edən istehsal hədəflərini müəyyən etməsi;

saziş iştirakçılarının nəticələrdən birgə istifadə etməyərazılaşdıqları müddət ərzində sazişdə nəzərdə tutulan məhsullar vəya texnologiyalar ilə rəqabət aparan məhsulları və yatexnologiyaları istehsal etmək, satmaq, təhvil vermək və yatransfert etmək hüququnun məhdudlaşdırılması;

satış hədəflərinin müəyyən edilməsi və nəticələrin birgəistismarının aşağıdakı şərtlərə cavab verməsi:

saziş üzrə məhsulların birgə paylanması və ya texnologiyalarınbirgə transferti;

birgə qrup, təşkilat və ya müəssisə tərəfindən həyatakeçirilməsi və ya birgə üçüncü tərəfə həvalə edilməsi;

nəticələrin birgə istifadəsi nəticəsində bilavasitəmüştərilərdən alınan qiymətlərin müəyyən edilməsi və ya bilavasitətexnologiyanı transfert edəndən alınan transfert haqlarının müəyyənedilməsi istisna olmaqla, saziş üzrə məhsulların satışı və ya sazişüzrə texnologiyaların üçüncü tərəflərə transfert edilməsi zamanıqiymətlər müəyyən edildikdə;

saziş iştirakçılarına müvafiq ərazilərdə olan müştərilərin və yaistismar kontekstində ixtisaslaşma yolu ilə saziş iştirakçılarınınmüştərilərinin tələbini ödəməkdən imtina etmək tələbi qoyulduqda(əgər belə müştərilər saziş üzrə məhsulları daxili bazarın digərərazilərində bazara çıxaracaqlarsa);

istifadəçilərə və ya təchizatçılara daxili bazarda digərtəchizatçılardan saziş üzrə məhsulları əldə etmələriniçətinləşdirəcək tələblər müəyyən edildikdə;

saziş predmeti olmayan məhsullar üzrə gələcək üçün tələb vətəklif həcmi, qiymət, təchizat sistemi ilə əlaqədar razılaşmalaraparıldıqda;

rəqabəti məhdudlaşdırmaq məqsədilə saziş predmeti olmayanməhsulların iqtisadi göstəriciləri üzrə (tələb və təklif həcmi,qiymət, marketinq planları, müştəri qrupları, təchizatçılar) mövcudvə gələcəyə aid məlumat mübadiləsi aparıldıqda.

Seçilən
17
az.trend.az

1Mənbələr