AZ

Azərbaycan millisi dünya çempionu olacaq: Süni intellekt açıqladı

Dünya Minifutbol Federasiya Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı maraqlı paylaşım edib.

Publika.az xəbər verir ki, təşkilatın sosial şəbəkə hesabında süni intellekt vasitəsilə paytaxtımızda təşkil ediləcək mundialın qalibi müəyyən edilib. Süni intellekt Azərbaycan millisinin dünya çempionatının qalibi olacağını proqnozlaşdırıb. Finalda yığmamızın Rumıniyadan üstün olacağı ehtimal edilib.

Azərbycan 2022-ci ilin Avropa çempionatının qalibi olub. Komandamız həlledici matçda ev sahibi Ruminiyaya qalib gəlib.

Qeyd edək ki, ölkəmizin ev sahibliyi edəcəyi mundial mayın 21-dən iyunun 1-dək baş tutacaq.

Seçilən
13
publika.az

1Mənbələr