AZ

Özbəkistanda iri kimya zavodunda yanğın: ölən var

Özbəkistanda iri “Navoiazot” kimya zavodunda yanğın və partlayış baş verib. Bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəssisənin ərazisinə gəliblər və hadisə ilə bağlı araşdırma aparılır.

“Navoiazot” Özbəkistanda 1964-cü ildə Nəvaidə istifadəyə verilmiş ən böyük kimya müəssisəsidir. O, azot gübrələri, nitron lifi və inteqrasiya olunmuş üzvi sintez məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

P.ƏMİRCANOV
XQ

Seçilən
59
6
xalqqazeti.az

7Mənbələr