Martın 11-də səhər saat 9 radələrində Ermənistanın Araqatsotn vilayətindəki Araqats dağ massivinin şimal yüksəkliklərində qar uçqunu hadisəsi baş verib.
APA Erməni KİV-ə istinadən xəbər verir ki, hadisə 9 nəfər səyyah dağ massivində gəzintidə olarkən baş verib.
Nəticədə səyyahlardan biri itkin düşüb.
Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər, eləcə də xilasetmə qüvvələri cəlb edilib.
İtkin düşən şəxsin axtarışları davam etdirilir.