Dominikan Respublikasından olan tennis hakimi Xuan Qabriel Kastro Korrupsiyaya Qarşı Mübarizə Proqramını pozduğuna görə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) tərəfindən 6 il müddətinə diskvalifikasiya edilib.
Milli.Az xəbər verir ki, bu barədə Tennis.com məlumat yayıb.
ITIA Dominikan Respublikasında milli səviyyədə keçirilən üç oyunda 12 pozuntu aşkar edib.
Qeyd edək ki, Xuan Qabriel Kastro 2024-cü ilin noyabrında işindən müvəqqəti uzaqlaşdırılıb. Diskvalifikasiya müddəti də bu tarixdən başlayır və 2030-cu ilin noyabrında başa çatacaq. O, cəzadan əlavə 6 min dollar cərimə ödəyəcək. /"Report"
Milli.Az