AZ

Mask yenə bu ölkənin nazirini hədəf aldı: Sorosun kuklasıdır

Amerikalı milyarder İlon Mask Polşanın xarici işlər naziri Radoslav Sikorskini ittiham edib.

Publika.az xəbər verir ki, o, bunu özünün "X" sosial şəbəkəsindəki son paylaşımı ilə edib.

Xatırladaq ki, sosial şəbəkənin sahibi bu yaxınlarda Sikorskini "kiçik adam" adlandırıb. Bu, Maskın Ukraynada "Starlink"i bağlamaqla hədələməsindən sonra başlayan şifahi mübahisə zamanı baş verib.

Martın 10-da İlon Mask Polşanın xarici işlər nazirinə istinad edərək, "Bəli, o, Sorosun kuklasıdır" yazıb. Yazı müəllifi vurğulayır ki, Radoslav Sikorski milyarder xeyriyyəçi Corc Sorosun oğlu Aleks Sorosun dostudur.

Qeyd edək ki, bazar günü Radoslav Sikorski Mask və ABŞ dövlət katibi Marko Rubio ilə mübahisə edib. Əvvəlcə Mask Ukraynanı hədələyib ki, "Starlink"i bağlasa, bütün Ukrayna cəbhəsi dağılacaq.

Seçilən
30
publika.az

1Mənbələr