AZ

Türkiyə çempionatının bombardirindən transfer etirafı

''İstanbul BŞ''nin təcrübəli forvardı Kşiştof Pyontek son etirafı ilə diqqət çəkib.

"Football-plus.az'' xəbər verir ki, komandasının ''Kayserispor''a 1:3 məğlub olmasının ardından Pyontek transferi ilə bağlı etiraf edib.

18 qolla Türkiyə çempionatında bombardirlər yarışına başçılıq polşalı hücumçu bu qış Türkiyədən ayrıla bilərmiş:

''Qış transfer dönəmində iki fərqli ölkənin önəmli klublarından ciddi təkliflər aldım. Bəlkə də düşünmək üçün 2-3 günüm olsaydı ayrılacaqdım. Amma transfer dönəminin son günü idi və ''pəncərə''nin bağlanmasına cəmi 5 saat qalmışdı. Detalları açıqlamaq istəmirəm. Amma həqiqətən də iddialı klublar idi və çox yaxşı təklif irəli sürmüşdülər''.

Başakşəhərlilərlə 2026-ya qədər müqaviləsi olan 29 yaşlı futbolçu bu mövsüm 39 rəsmi oyunda 28 qol, 4 məhsuldar ötürməlik performans sərgiləyib.

ƏLİ
Seçilən
8
football-plus.az

1Mənbələr