“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 finalının evdə “Feyenoord”la cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Düşünürəm ki, onlar elə, birinci oyunda olduğu kimi oynayacaqlar. Ötən qarşılaşmada onların dəlisov olduqları, bəzən isə sadəcə meydanın özlərinə aid hissəsində qaldıqları məqamlar vardı. Mənə elə gəlir ki, indi bunu Avropada çox komandalar belə edirlər. Onlar Milana, bizə çətinliklər yaşatmaq üçün buyurublar. Bizə, öz oyunumuzun bütün yaxşı tərəflərini nümayiş etdirmək gərək olacaq. Həmçinin biz də təhlükəli ola bilərik”, deyə Simone İnzaqi vurğulayıb.
“İnter” – “Feyenoord” oyunu bu gün, martın 11-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 mart) başladacaq.
Xatırladaq ki, səfərdə keçirdiyi ilk oyunda “İnter” “Feyenoord” üzərində 2:0 hesablı qələbə qazanıb.