“Barselona” yayda qapıçısı İnaki Penya ilə yollarını ayıracaq.
Msport.az xəbər verir ki, Kataloniya klubu ispaniyalı qolkiperi saxlamaq istəmir.
Mark-Andre ter Ştegenin zədələnməsindən sonra əsas qapçı olan, sonradan rəqabətdə Voytsex Şesniyə uduzan çərçivə qoruyucusu baş məşqçi Hans-Diter Flikin gələcək planlarına daxil deyil.
İddiaya görə, Penyanın xidmətində 2021/22 mövsümünün ikinci yarısında icarə əsasında çıxış etdiyi “Qalatasaray” maraqlıdır.
Penya ilə vidalaşmağa hazırlaşan “Barselona” əvəzində polşalı qapıçı ilə müqaviləni daha bir il uzatmaq niyyətindədir. Məşqçilər korpusu onu Ter Ştegenin əvəzləyicisi kimi görür.