AZ

“Barselona” qapıçılardan birini göndərir, digəri ilə müqaviləni yeniləyir

Bakı, 11 mart, AZƏRTAC

"Barselona" mövsümün sonunda qapıçısı İnyaki Penya ilə yollarını ayıracaq.

AZƏRTAC İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu əvəzində polşalı qolkiper Voytsex Şensnı ilə müqavilənin müddətini daha bir il uzadacaq. Rəhbərlik təcrübəli oyunçunu hazırda zədəli olan Mark-Andre ter Ştegenin əvələyicisi kimi görür.

İspaniyalı qapıçı Penya isə karyerasını yenidən Türkiyədə davam etdirə bilər. “Qalatasaray” 27 yaşlı qolkiperin xidmətində maraqlıdır. Penya 2021-2022-ci illər mövsümün ikinci yarısında icarə əsasında İstanbul təmsilçisində çıxış edib.

Seçilən
63
2
azertag.az

10Mənbələr