AZ

“ERASMUS+”-un LƏĞVİ XARİCDƏ TƏHSİLİ ƏLÇATMAZ EDƏ BİLƏR... – Ekspert alternativ variantları və həll yollarını açıqladı

Məlum olduğu kimi, Avropa İttifaqının təhsilə dəstək kimi tanınan “Erasmus+” proqramının Azərbaycanda həyata keçirilən bütün layihələri qeyri-rəsmi şəkildə dayandırılıb. İlkin məlumata görə, bu qərar qrant layihələrin qeydiyyata alınmaması və proqramın icrasında yaranan çətinliklərlə əlaqədardır.

Azərbaycandakı Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırovun bildirdiyinə görə, artıq yeni layihələr qeydiyyata alınmır, aktiv proqramların icrasına isə xitam verilir.

“İllər boyu “Erasmus+” çərçivəsində yüzlərlə layihə həyata keçirilib, minlərlə tələbə və müəllim Avropanın nüfuzlu universitetlərində təhsil alıb və təcrübə qazanıb. Ümumi büdcəsi 20 milyon manata yaxın olan beş layihənin icrasının dayandırılmasının Azərbaycanın ali təhsil sektoruna və beynəlxalq əməkdaşlığa ciddi mənfi təsirləri olacaq. Bu vəziyyət proqramın Azərbaycandakı rəsmi icrası ilə bağlı yaranmış qeyri-müəyyənlikdən qaynaqlanır və təəssüf ki, hələlik hər hansı konkret həll yolu görünmür. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat verilib və problemin həlli yolu axtarılır”, – deyə o, qeyd edib.

Məlumat üçün bildirək ki, “Erasmus+” proqramı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və tələbə, müəllim mübadiləsi, elmi tədqiqatlar və universitetlərarası əməkdaşlığı təşviq edən bir təşəbbüsdür. Bu proqram vasitəsilə tələbələr Avropa universitetlərində təhsil almaq, yeni bacarıqlar qazanmaq və fərqli mədəniyyətlərlə tanış olmaq imkanı əldə edirlər. 2015-ci ildən etibarən Azərbaycanda da fəaliyyət göstərməyə başlayan bu proqramda ölkəmizdəki 32 ali təhsil müəssisəsi iştirak edirdi. Məlumata görə, indiyədək, yəni, son 10 ildə proqram çərçivəsində 5 mindən artıq tələbə və müəllim Avropanın bir sıra nüfuzlu universitetlərində təhsil alıb.

Seçilən
27
azpolitika.info

1Mənbələr