Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyinin məlumatına görə, insan orqanları ticarəti ilə məşğul vinayətkar dəstənin üzvü olduğu üçün Qazaxıstanda 12 illik həbs cəzasına məhkum edilmiş ukraynalı qadın Polşada saxlanılıb.
35 yaşlı Kseniya P. Polşa ilə Ukrayna arasındakı dəmiryolu keçidində yaxalanıb. O, 2020-ci ildən bəri İnterpol tərəfindən beynəlxalq axtarışa verilib. Qadın Qazaxıstana ekstradisiya ediləcək.
İstintaqın məlumatına görə, cinayətkar qrup 56 insanın böyrəyini satıb. Onların qurbanları arasında Azərbaycan, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan, Tailand və Ermənistan vətəndaşları olub.
Hürr Tərcüman