Ağstafada qoruğ ərazisində baş vermiş yanğın söndürülüb
Metbuat.az xəbər verir ki, Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsinin 10 hektar ərazisində həmçinin yaxınlqda kı, 50 hektar otlaq sahədə yanğın olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanan kol-kos və quru ot sahəsi söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
***
Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.