AZ

Demokrat.az-a təbriklər gəlməyə davam edir

Demokrat.az-ın 7 yaşı münasibətilə ictimaiyyət adamlarının təbrikləri davam edir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin(ATXƏM) sədri İlham İsmayılov bildirib ki, xəbər portalı öz mövqeyi ilə seçilir:


"Demokrat.az  xəbər portalı yarandığı müddətdə Azərbaycan media məkanında özünəməxsus yer tutaraq, həmişə obyektivliyi, qərəzsizliyi, tənqidi mövqeyi ilə seçilən müstəqil bir media qurumu olaraq fəaliyyət göstərmişdir.ATXƏM İB uzun illərdir ki, Demokrat.az-la sıx əməkdaşlıq edir və gələcəkdə də birgə fəaliyyətimizi davam etdirəcəyik.Demokrat.az informasiya portalını 7 yaşı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq".

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu:

"Hər bir media subyekti informasiya məkanımıza rəng qatan mühüm maariflənmə, xəbər alma, ictimai düşüncəyə təsir etmə vasitəsidir. 7 yaşı tamam olan Demokrat.az medianın klassik funksiyalarını yerinə yetirən, onun obyektivliyinə dair həssaslıq göstərən sayt kimi yaddaşdadır.Uzun illərdir ki, Demokrat.az-la əməkdaşlıq etdiyim üçün bu məsələlərdən xəbərdaram. Xəbər siyasətində həssaslığı, obyektivliyi,  dürüstlüyü ilə seçilən saytın bütün yaradıcı kollektivini, rəhbərliyini təbrik edirəm. İnformasiya bu gün müharibələrin bir komponenti kimi göstərilir. Bu baxımdan Demokrat.az-ın əməkdaşlarının hər biri informasiya məkanımızı qoruyan əsgərdir".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
20
demokrat.az

1Mənbələr