AZ

Sərnişin qatarına hücum: 450 nəfər girov götürüldü

Pakistanın Bəlucistan bölgəsində sərnişin qatarı qaçırılaraq 450 şəxs girov götürülüb.

Publika.az xəbər verir ki, bu barədə dəmir yolu rəsmiləri məlumat yayıb.

Bildirilir ki, keçən həftə Pakistanın cənub-qərbində separatçı yaraqlılar qatara atəş açaraq maşinisti yaralayıb. Separatçı silahlı qrup olan Bəluc Azadlıq Ordusu (BLA) hücuma görə məsuliyyəti öz üzərinə götürərək, təhlükəsizlik qüvvələri də daxil olmaqla, qatardakı sərnişinləri girov götürdüklərini bəyan ediblər.

Region qubernatorluğu və dəmir yolundan məsul şəxslərin girov götürüldüyünü təsdiqləməyib.

Seçilən
48
publika.az

1Mənbələr