AZ

Nəqliyyat Nazirliyi: 83 təyyarə pilotsuz təyyarələrin hücumu səbəbindən alternativ aerodromlara eniş edib

Bu gün səhər saatlarında Ukrayna pilotsuz təyyarələrinin hücumu səbəbindən 83 təyyarə Moskva vilayətindəki alternativ aerodromlara göndərilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

“83 təyyarə alternativ aerodromlara eniş edib – ekipajlar və hava hərəkəti dispetçerləri dəyişən vəziyyətə tez reaksiya veriblər”, – məlumatda deyilir.

Martın 11-nə keçən gecə Rusiya 2022-ci ildən bəri ən kütləvi dron hücumlarından birinə məruz qalıb. Ukrayna Silahlı Qüvvələrinə məxsus 343 pilotsuz uçan aparat Rusiyanın 10 regionunda vurulub.

Əsas zərbə Bryansk, Kursk və Moskva vilayətlərinə dəyib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında növbətçi hava hücumundan müdafiə sistemləri Moskva və Moskva vilayəti ərazisi üzərində 91, Kursk vilayəti üzərində 126, Bryansk vilayəti üzərində 38 pilotsuz uçan aparatı ələ keçirərək məhv edib.

Seçilən
55
nocomment.az

1Mənbələr