Artıq Azərbaycanda buraxılış imtahanları başa çatıb. Bəzi bituriyentlər martın 2-də və 9-da keçirilən imtahanların çətin olmasından şikayət edirlər.
Mövzu ilə bağlı Modern.az-a danışan sertifikasiyadan maksimum bal toplayan riyaziyyat müəllimi, Şəki şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Bağırova bildirib ki, riyaziyyat sualları həmişə belə tərtib olunsa çox yaxşı olar:
“Keçən ilki suallar və bu ilki suallar çox ürəyimcə olub, düzdür uşaqlar tərəddüd edirlər ki, bu şəkildə davam etmez çətinləşdirərlər. Amma mən düşünürəm ki, bu səviyyə davam etməlidir, blok riyaziyyatı ilə buraxılış riyaziyyatı arasında fərq olmalıdır”.
Müəllimin sözlərinə görə, sualların səviyyəsi uşaqları da əlbəttə qane edir: “Sadəcə bəzi uşaqlar vaxt problemi yaşayıb. Çünki Azərbaycan dili mətnləri böyük olub oxumaq və sualları cavablandırmaq vaxt tələb edib”.