AZ

Dializ xəstələri oruc tuta bilər?

Müsəlman dünyası üçün müqəddəs ay Ramazanda insanların günün müəyyən saatlarında yemək-içməkdən imtina etmək buyurulur. Lakin müasir dövrümüzdə elə peşə sahibləri var ki, onların peşələrində böyük çətinliklər var.

Maraqlıdır, gün ərzində dərman preparatı qəbul edənlər oruc tuta bilərmi? 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, insan dərman qəbul etməyə məcburdursa, onda Ramazan ayında oruc tutmaqdan azad olur:

“Ürək qapağı əməliyyatı keçirmiş xəstələrin istifadə etdiyi qan durulaşdırıcı dərmanların dozası Ramazan ayında daha tez-tez aralıqlarla alınan təhlillərlə yaxından izlənilməlidir. Çünki, uzun müddət davam edən aclıq və susuzluqla qanda əvvəllər görünməmiş dəyişikliklər baş verir. Qan dəyərləri yüksək olarsa - qanaxma, aşağı olarsa - ürək qapağında laxtalanma meydana gələ bilər. Bu səbəbdən dəyərlərə tez-tez nəzarət edilməli və dərman dozası buna uyğun tənzimlənməlidir. Dializ xəstələri oruc tuta bilməzlər”.

Sevinc

Seçilən
24
hit.az

1Mənbələr