İngiltərə nəhəngi “Mançester Yunayted” tutumu 100 min nəfərlik yeni klub stadionunun inşası haqda xəbəri açıqlayıb.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Beləliklə, “qırmızı şeytanlar”ın ev oyunlarını keçirdiyi doğma “Old Trafford” tarixə qovuşmağa hazırlaşır.
“Mançester Yunayted” 1878-ci ildə “Nyuton Hit Lankaşir end Yorkşir Reyluey Futbol Klubu” adı ilə təsis edilib, 1902-ci ilin aprel ayının 24-də isə tanıyıb-bildiyimiz “Mançester Yunayted Futbol Klubu” olaraq rəsmiləşdirilib.
“Qırmızı şeytanlar”ın doğma stadionu “Old Trafford” 74310 nəfərlik tutuma malikdir.
“Mançester Yunayted”in səhm payına “Manchester United plc” (71,06%) və “INEOS Group” (28,94%) şirkətləri sahibdirlər.
Klubun həmsədrləri Coel və Avram Qleyzerlərdir.
Komandanın baş məşqçisi 40 yaşlı portuqal mütəxəssis Ruben Amorimdir.
“Qırmızı şeytanlar”ın kapitanı 30 yaşlı portuqal hücumameylli yarımmüdafiəçi Bruno Fernandesdir.
“Mançester Yunayted” İngiltərə futbolunun qənimətlərlə ən zəngin klublarından biridir. “Qrımızı şeytanlar” Dumanlı Albionda və dünyda çox sevilirlər.
Sözügedən klubun qənimətlərini təqdim edirik:
İngiltərə çempionluğu – 20 qənimət (ölkə rekordu);
İngiltərə Futbol Liqası İkinci Divizion çempionluğu (2 qənimət);
İngiltərə Kuboku – 13 qənimət;
İngiltərə Liqa Kuboku – 6 qənimət;
İngiltər Super Kuboku – 21 qənimət (ölkə rekordu);
Çempionlar Liqası – 3 qənimət;
Avropa Kuboklar Kuboku – 1 qənimət;
Avropa Liqası – 1 qənimət;
UEFA Super Kuboku – 1 qənimət;
FIFA Klub Dünya Kuboku – 1 qənimət;
Qitələrarası Kubok – 1 qənimət.
Xatırladaq ki, hazırda Mançester klubu tarixən ən bərbad dövrünü yaşaşır. İngiltərə Premyer Liqasının 28 oyununda 34 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Mövsüm irəlilədikcə, MY-nin ölkə çempionatı vasitəsilə avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq imkanı da “əriyir”. Buna rəğmən, “qırmızı şeytanlar” Avropa Liqasında çıxış edirlər və bu yarışda qalibiyyətə iddialıdırlar.
Əlavə edək ki, MY 20 dəfə İngiltərə çempionu olub ki, bu da mütləq rekorddur. “Qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasında son çempionluğu isə 2012/2013-cü illər mövsümünə təsadüf edir.