Fransa Ukraynanın gələcəkdə demilitarizasiyasına razı olmayacaq.
Publika.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Ukrayna silahlı qüvvələrinin gələcəyini şərh edərkən bildirib.
O deyib ki, Ukrayna ordusu təhlükəsizliyin birinci təminatı olaraq qalır: "Biz Ukraynanın istənilən formada demilitarizasiyasının əleyhinə olacağıq".
Qeyd edək ki, nazir bu fikri Təhlükəsizlik və Strateji Məsələlər üzrə Paris Forumunun açılışında çıxış edərkən deyib.