AZ

Dövlət Dumasının deputatı energetika nazirinin müavini təyin edilib

Dövlət Dumasının Kemerovo vilayətindən olan deputatı, energetika komitəsi sədrinin birinci müavini Dmitri İslamov Rusiya Federasiyasının dövlət katibi – energetika nazirinin müavini təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Energetika Nazirliyinə istinadən məlumat yayıb.

İslamov 2007-ci ildən Kemerovo vilayətinin administrasiyasında işləyib, 2008-2016-cı illərdə isə qubernatorun iqtisadiyyat və regional inkişaf üzrə müavini vəzifəsini tutub. 2016-cı ildə Dövlət Dumasının deputatı olub.

Rusiyanın dövlət katibi və energetika nazirinin müavini Anastasiya Bondarenko vəzifəsini mart ayında tərk edib. Bondarenkonun tutduğu vəzifədən azad edilməsinə səbəb kimi “başqa işə keçid” göstərilib. 46 yaşlı məmur 2003-cü ildən nazirlikdə çalışıb, 2018-ci ildə Energetika Nazirliyində rəis müavini vəzifəsini icra edib.

Seçilən
19
nocomment.az

1Mənbələr