Rusiyadan Macarıstana neft tədarükü Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz uçan aparatının “Drujba” neft kəmərinin ölçü məntəqəsinə hücumu ilə əlaqədar dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakla söhbəti zamanı deyib.
Novakla görüşdə Siyarto Ukrayna Silahlı Qüvvələrinin “Drujba” neft kəmərinə hücumunu qəbuledilməz adlandırıb. O, bildirib ki, Macarıstan ukraynalıların Macarıstanın enerji təchizatı üçün vacib olan infrastruktura bu hücumunu öz suverenliyinə hücum kimi qiymətləndirir.
Nazir onu da əlavə edib ki, “Drujba” vasitəsilə Macarıstana neft nəqli təmirdən sonra bərpa oluna bilər. Bunun çərşənbə axşamı axşam saatlarında baş verəcəyi gözlənilir.