Onunla əlaqə saxlayaraq, həm öz durumu, həm də oyun ilə bağlı danışdıq:
“Hazırda ölkədəyəm və müalicəmi davam etdirirəm. Yaxın vaxtlarda bərpa məşqlərinə başlaya biləcəm. Yunanıstanla oyunda ağrıkəsici iynə ilə iştirak edə bilərdim. Sadəcə, baş məşqçinin və həkimin qərarı ilə bu riski etmədik. Çünki zədə daha da ciddiləşə bilərdi. Komanda yoldaşlarıma inanıram. Qələbə üçün əllərindən gələnin ən yaxşısını edəcəklərinə inanıram. Baş məşqçimiz lazım olan bütün məlumatları komandaya çatdırıb. İnşallah, qələbə bizim olar”.
Qeyd edək ki, oyun bu gün saat 21.00-da start götürəcək.
ƏSƏD SEYİDOV