AZ

Yevgeni Petrosyan ölüb?

Rusiyanın xalq artisti, milliyyətcə erməni olan Yevgeni Petrosyan xəstəxanadan çıxandan sonra vəziyyəti və planları barədə danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, Telegram-da videomüraciət yazıb.

“Ölümlə bağlı şayiələr açıq-aşkar şişirdilir. Hazırda böyük konsertlə Serpuxova gedirəm. Konsert təxminən beş saat davam edəcək. Bu, “Petrosyan şousu”nun yeni çəkilişləri üçün sınaq konsertidir”, deyə o, əlavə edib.

Xatırladaq ki, komediya aktyoru martın 8-i şənbə günü xəstəxanaya yerləşdirilib. Daha sonra həyat yoldaşı bu məlumatı təsdiqləsə də, ərinin ağır vəziyyətdə reanimasiyada olması barədə xəbərləri təkzib edib.

REN TV-nin məlumatına görə, sənətçi mədə-bağırsaq qanaxması keçirib. O, martın 9-da evə buraxılıb.

Hazırda Petrosyanın 79 yaşı var.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
19
konkret.az

1Mənbələr