AZ

Ruslan Qurbanovun şikayəti təmin olundu

Apellyasiya Arbitraj Tribunalı Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanovla bağlı məsələyə baxıb.

Msport.az xəbər verir ki, tribunal “Hypers Guba” klubunda çıxış edən yarımmüdafiəçinin apellyasiya şikayətini qismən təmin edib.

O, II Liqanın XIV turunda “Şəmkir”lə matçda hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılmışdı. Həmçinin klubu 300 manat cərimələnib.

Yeni qərara əsasən, Qurbanovla bağlı cəzanın çəkilməmiş hissəsi olan qalan 2 oyun şərti olaraq tətbiq edilib. Ona 3 ay sınaq müddəti təyin edilib.

Ancaq “Hypers Guba”nın cəriməsi qüvvədə saxlanılıb.

Seçilən
28
msport.az

1Mənbələr