AZ

Bank kartlarından istifadə yoxsa nağd pul gəzdirmək... - HANSI DAHA SƏRFƏLİDİR? 

Son statistikalara görə, Cənubi Qafqazda aktiv bank kartı sayına görə liderdir. Təxminən 20 milyon təşkil edir. Bu rəqəm Gürcüstanda 9,5 milyon, Ermənistanda 4 milyondur.


Bank kartlarından istifadənin birdən birə-kəskin artması necə bir haldır? Bunun hansı müsbət və mənfi cəhətləri ola bilər?


İqtisadçı-ekspert Xalid Kərimli “Referans”-a açıqlamasında insanların bank kartlarından istifadəyə üstünlük vermə səbəblərindən danışıb.




“Bu məsələdə əsas nüans Azərbaycanın Cənubi Qafqazda ən çox əhaliyə sahib ölkəsi olmasıdır. Gürcüstanın əhalisini nəzərə alsaq, görərik ki, təxminən hər şəxsə iki kart düşür. Lakin bu, bir tərəfə, Azərbaycanda həqiqətən də son vaxtlar bank kartlarından istifadə kəskin artıb. Bu, əslində, çox yaxşı bir haldır. İnsanlar nağdsız ödənişlərə üstünlük verirlər və nəticədə həm nağd pul dövriyyəsi azalır, həm də daha proqressiv metodlarla, onlayn ödənişlər edirlər. Eyni zamanda bu vasitə ilə etdikləri ödənişlərdən əlavə olaraq kəşbəklər qazanırlar. Ümumi olaraq bank kartlarından geniş istifadənin heç bir mənfi tərəfi yoxdur”.


Ekspert qeyd edib ki, bank kartlarından istifadə hər nə qədər səmərəli və sərfəli olsa da, bir o qədər də təhlükəlidir.


“Vətəndaşların ən çox rastlaşdıqları məsələ bank kartının məlumatlarının ələ keçirilməsi və ya kartların itirilməsidir. Kart məlumatları adətən telefonlarda daona görə də telefonlara göndərilən naməlum linklərə, fişinqlərə daxil olmamalıyıq. Pulun rəqamsallaşması həm də onun qlobal çərçivədə olan oğrularının da peyda olmasına səbəb olur. Bunu da qeyd etmək lazımdır ki, əgər nağdsız ödənişlər faydalı olmasa idi dövlət bunun üçün həvəsləndirmə tədbirləri aparmazdı. Bildiyiniz kimi, “ƏDV geri al” layihəsində bank kartlarından ödənişlərə daha çox üstünlük verilir. Bu da bir növ təşviq etmədir”.


Xalid Kərimli bildirib ki, bank kartları ilə ödəniş sistemi kommunal ödənişlərdə də yeni bir dövr başlatdı. Bundan əvvəlki dövrdə isə kommunal ödənişlərin toplanması üçün birbaşa mənzillərə üz tutan şəxslərin səhvləri ucbatından bu sahədə şəffaflıq olmayıb.

 

Fidan Vəlisoy

Seçilən
44
referans.az

1Mənbələr