AZ

Müdafiə naziri: "ABŞ-ın gözlənilməz hərəkəti Rusiya təhlükəsini daha böyük hala gətirib"

"Biz NATO-da Ukraynadan başqa məsələləri gündəmə gətirə bilmirikk, çətinlik çəkirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastien Lecornu Parisdəki Hərbi Məktəbdə keçirilən Forumda deyib.

Nazirin sözlərinə görə,bütün iclaslıarda ancaq Ukrayna savaşından söhbət gedir: "Ukrayna və Rusiya bizi daha çox narahat etdiyi üçün İrandan, İran bizi bu qədər narahat etdiyi üçün Şimali Koreyanın strategiyasından danışa, müzakirə apara bilmirik. Halbuki, biz təhdidləri təkcə regional deyil, qlobal baxımdan dəyərəndirməliyik. Biz NATO müdafiə nazirləri bunun fərqindəyik, lakin dediyim kimi, digər məsələlərdə passiv davranırıq. Üstəlik, bizim güclü müttəfiqimiz ABŞ-ın gözlənilməz hərəkəti Rusiya təhlükəsinin indi hər zamankindən daha böyük hala gətirib"

Samir Musayev
MİA.AZ

 

Seçilən
19
2
mia.az

3Mənbələr