"Liverpul", "Arsenal" və "Mançester Yunayted" "Barselona"nın Rafinyanı transfer etməkdə maraqlıdır.
Offsideplus.az xəbər verir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta braziliyalı futbolçunun oyununu yüksək qiymətləndirir. Bununla başqa, Liverpul təmsilçisi və "qırmızı şeytanlar" Rafinyanı transfer etmək üçün maliyyə baxımından daha əlverişli mövqedədir. Bu komandalar Kataloniya təmsilçisinə sərfəli təklif edə biləcək klublar arasında yer alır.
Qeyd edək ki, 28 yaşlı cinah oyunçusu bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxaraq 25 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalına əsasən, futbolçunun bazar dəyəri 80 milyon avrodur.