Neft tədarükü dayandırılıb.
Rusiyadan Macarıstana neft tədarükü dayandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.
"Ukraynaya məxsus pilotsuz uçuş aparatı "Drujba" neft boru kəmərinin stansiyalarından birini hədəf alıb və Macarıstana neft nəqli müvəqqəti olaraq dayandırılıb", - o qeyd edib.