Karyerasını futbola başladığı "Santos" klubunda davam etdirən Neymar Avropaya qayıda bilər.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçunun meneceri Pini Zahavi onu "Bayern"ə təklif edib. Bu barədə "Diario Sport" məlumat yayıb.
2026 Dünya Çempionatından öncə Avropada özünü sübut etmək istəyən braziliyalının menecerləri bunun üçün bütün imkanlardan istifadə etməyə çalışır.
Qeyd edək ki, təcrübəli hücumçu 2024/25 mövsümündə 9 oyuna çıxıb və 3 qola, 3 məhsuldar ötürməyə imza atıb.